Cüdoçular üçün Şamaxıda təlim-məşq toplanışı

ESTAFET/ Azərbaycanın gənc oğlanlardan ibarət cüdo millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Hazırlıq prosesinə yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı gənc cüdoçuların qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.

Müəllif: Natiq NƏSİROV