"Nottingem Forest"də yeni baş başqçi

ESTAFET/ "Nottingem Forest"in yeni baş məşqçisi bəlli olub.

Komanda portuqaliyalı mütəxəssis Vitor Pereyraya tapşırılıb.

57 yaşlı çalışdırıcı ilə 2027/2028 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Pereyra bu mövsüm komandanın baş məşqçisi vəzifəsinə gətirilən dördüncü mütəxəssisdir. Ondan əvvəl komandanı Nuno Espiruto Santu, Angel Postekoqlu və Şon Dayç çalışdırıb.

Pereyra daha əvvəl İngiltərədə "Vulverhempton"u çalışdırıb və noyabr ayında həmin klubdan ayrılıb.

"Nottingem Forest" Premyer Liqada 17-ci pillədə qərarlaşıb.

Müəllif: Orxan NOVRUZOV