“Şamaxı” “Turan Tovuz”a, “Qəbələ” “Sabah”a qarşı

ESTAFET/ Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq.

Son gündə 2 oyun baş tutacaq.

“Şamaxı” evdə “Turan Tovuz”la qarşılaşacaq. Turun qapanış matçında isə “Qəbələ” “Sabah”ı qəbul edəcək.

Daha öncə keçirilmiş oyunlarda “Zirə” “Karvan”a (1:0), “Araz-Naxçıvan” “Sumqayıt”a (1:0) qalib gəlib, “İmişli” “Qarabağ”a (0:1), “Kəpəz” isə “Neftçi”yə (1:3) uduzub.

Misli Premyer Liqası
20-ci tur

16 fevral 2026

“Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə.
Şamaxı şəhər stadionu, 14:30.

“Qəbələ” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.

Müəllif: Əli FƏRZƏLİYEV