“Bu gün hamı can yandırırdı”: Andrey Demçenko

ESTAFET/ “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 20-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

O, 1:0 hesablı qələbəni belə şərh edib:

“Yaxşı oynadıq və istədiyimiz üç xalı qazandıq. Futbolçularım döyüşürdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var ki, işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, hamı bu gün can yandırırdı.

Biz sistem üzərində çalışırıq. Vacib olan odur ki, futbolçularda istəyi gördük. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir”.

Müəllif: Orxan NOVRUZOV