ŞIXƏLİZADƏ GÜMÜŞLƏ KİFAYƏTLƏNDİ
ESTAFET/ Bu gün Əbu-Dabidə (BƏƏ) cüdo üzrə "Böyük Dəbilqə" seriyasından olan növbəti turniri start götürüb. Azərbaycan milli komandası yarışın ilk günündə 4 cüdoçu ilə mübarizəyə qoşulub və aktivinə bir medal yazdırmağı bacarııb.
66 kq çəki dərəcəsində güləşən Nicat Şıxəlizadə finala qədər Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. Finalda isə Nicat israilli Tal Flikerə məğlub olaraq gümüş medala sahib olub.
Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.