2 karateçimiz DÇ-nin finalında

ESTAFET/ Gənclərdən ibarət seçmə komandanın üzvləri Fidan Teymurova (48 kq) və Hümmət Baxşəliyev (61 kq) dünya çempionatının finalına yüksəliblər.


İspaniyanın Tenerife şəhərində yarışın finalınadək son dünya ikincisi Fidan dörd rəqibini, avropa və dünya üçüncüsü Hümmət isə beş idmançını məğlub edib. Final görüşləri ayın 27-də keçiriləcək.


Tatamiyə çıxan digər idmançımız, avropa üçüncüsü Müseyib Məmmədov (55 kq) ikinci görüşdə uduzaraq mübarizəni dayandırmalı olub. Qarşıdakı 3 gün daha 8 karateçimiz medallar uğrunda yarışacaq. Dünya çempionatında 109 ölkədən 1710 idmançı iştirak edir.