Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi

ESTAFET/ UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 17-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə “Qarabağ”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Eddi Hounun mətbuat konfransı saat 20:30-da start götürəcək. “Nyukasl”ın ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 21:00-da başlayacaq.
Fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” oyunu saat 21:45-də start götürəcək.

