Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır

ESTAFET/ Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinə bu gün start veriləcək.
Kişilərin yarışında turnirin reytinq favoriti Şəhriyar Məmmədyarov Aydın Süleymanlı ilə, Read Səmədov isə Məhəmməd Muradlı ilə üz-üzə gələcək.
Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva Gülnar Məmmədova ilə, Türkan Məmmədyarova Ayxan Allahverdiyeva ilə qarşılaşacaq.
Çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

