Fərid Qayıbov Naxçıvan gəncləri ilə görüşdü

Fevralın 6-da gənclər və idman naziri Fərid Qayıbov Naxçıvan şəhərinə səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası gəncləri ilə görüşüb.
Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən görüşdə nazir Fərid Qayıbov gəncləri maraqlandıran məsələlərlə bağlı fikirlərini dinləyib və suallarını cavablandırıb.
Görüşdə ixtisas və peşə seçimi, könüllülük fəaliyyəti, məşğulluq və gənclərin müxtəlif tədbirlərdə iştirakı kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

