Gənclər həftəsi çərçivəsində “Gənclər bizim sabahımızdır” adlı tədbir keçirilib

5 fevral 2026-cı il tarixində Bakı Gənclər Mərkəzində #gənclərhəftəsi çərçivəsində “Gənclər bizim sabahımızdır” adlı tədbir keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dövlət gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin rəsmi hissəsində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Elvin Orucov, Milli Müdafiə Universitetinin Hərbi təhsilin təşviqi şöbəsinin rəisi, polkovnik-leytenant Xəyal Cümayyədinov, həmçinin təhsildə və xidmətdə fərqlənmiş bir qrup gənc çıxış edib.
Daha sonra təhsildə, xidmətdə və ictimai fəaliyyətlərdə uğur qazanmış gənclər təltif olunublar.
Tədbir Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və Bakı Gənclər Mərkəzinin istedadlı gənclərinin ifasında bədii hissə ilə davam etdirilib.

