Fərid Qayıbov Fələstin səfiri ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə etdi

Fevralın 9-da gənclər və idman naziri Fərid Qayıbov Fələstin Dövlətinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Əhməd Metanini qəbul edib.
Görüş zamanı Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, bu sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

