Karateçi Lalə Babazadə 3 il müddətinə diskvalifikasiya edilib

Karate üzrə idmançı Lalə Babazadə antidopinq qaydalarını pozduğuna görə uzunmüddətli sanksiya ilə üzləşib.

Məlumata görə, idmançı antidopinq qaydalarının 2.3-cü maddəsini — nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək qaydasını pozduğu üçün 36 ay müddətinə diskvalifikasiya edilib.

Sanksiya 25 dekabr 2025-ci il tarixindən qüvvəyə minib və 24 dekabr 2028-ci il tarixinədək qüvvədə olacaq.

Qeyd edək ki, tətbiq edilən qərara əsasən, göstərilən müddət ərzində idmançının rəsmi yarışlarda və antidopinq qaydalarına tabe olan idman fəaliyyətlərində iştirakı qadağan edilir.

Müəllif: Bəhruz MƏMMƏDOV