Hakimlərimiz vətənə qayıdıblar

ESTAFET/ Azərbaycanlı FIFA referisi Əliyar Ağayev və FIFA VAR referisi Nicat İsmayıllı Yaxın Şərqdə baş verən hərbi gərginlik səbəbindən bir müddət Küveytdən Azərbaycana qayıda bilmirdilər.

Bu gün referilərimiz təhlükəsiz şəkildə vətənə qayıdıblar.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yaranmış vəziyyət zamanı göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycanın Küveytdəki səfirliyinə təşəkkürünü bildirib.

Müəllif: Əli FƏRZƏLİYEV