Azərbaycan yığması Macarıstana məğlub oldu

ESTAFET/ Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununa çıxıb.
Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda səfərdə Macarıstanla qarşılaşıb.
C Liqasının 3-cü qrupunun matçında yığmamız 0:1 hesabı ilə rəqibinə məğlub olub.
Komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi ilk matçda Şimali Makedoniyaya 2:0 hesabı ilə qalib gəlib.

