Azərbaycan cüdoçularından Varşavada daha iki medal

ESTAFET/ Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb.

Son yarış günündə Azərbaycanın daha 2 cüdoçusu fəxri kürsüdə yer alıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala yiyələnib. 100 kq çəkidə çıxış edən Elmar Qasımov isə bürünc mükafata sahib çıxıb.

Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (66 kq) üçüncü yeri tutmuşdu.

Müəllif: Natiq NƏSİROV