Cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçiriləcək

Martın 6-da cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçiriləcək.

Turnirdə 51 klub və idman cəmiyyətini təmsil edən 301 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

Abşeron Olimpiya İdman Kompleksi

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Gəlin, idmançılarımıza birgə dəstək olaq!

Müəllif: Bəhruz MƏMMƏDOV