Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Cüdo üzrə kəmər imtahanı keçirildi - idmançılar sertifikatlandırıldı -
Cüdo üzrə kəmər imtahanı keçirildi - idmançılar sertifikatlandırıldı

Martın 5-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

İmtahanda 425 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bilik və bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyasının yüksəlməsinə xidmət edir. Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi tanınması baxımından mühüm göstəricidir, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruri şərtlərdən biridir.

Müəllif: Bəhruz MƏMMƏDOV