Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Ali Tsokayev Avropa çempionu oldu -
Ali Tsokayev Avropa çempionu oldu

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

Yarışın 3-cü günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Ceyhun Allahverdiyev (61 kq) finalda ermənistanlı Levik Mikayelyana minimal fərqlə (1:2) məğlub olub və gümüş medalla kifayətlənib.

Ağanəzər Novruzov (74 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Saba Kobaxidzeyə (4:7), Vasif Xudiyev (86 kq) isə fransalı Raxim Maqamadova (0:10) uduzub.

Ali Tsokayev (92 kq) həlledici görüşdə vaxtından əvvəl qələbəni bayram edib. Finalda türkiyəli Fatih Altunbaşı 11:0 hesabıyla üstələyən təmsilçimiz Avropa çempionu olub.

Yusif Dursunov (125 kq) isə finalda rusiyalı Xabib Davudqadjiyevə (1:4) məğlub olub və gümüş medalı boynundan asıb.

Müəllif: Bəhruz MƏMMƏDOV