Karateçilər mundialı 3 medalla başa vurdular

ESTAFET/ İspaniyanın Tenerife şəhərində yeniyetmə və gənclərin növbəti Dünya çempionatının son günü 21 yaşadək idmançılar arasında Fəridə Əlieyavanın (+68 kq) qazandığı bürünc medalla Azərbayan karateçiləri yarışı 16-cı pillədə başa vurdular.


Gənclərdən Fidan Teymurova (48 kq) və Hümmət Baxşəliyevin (61 kq) qazandığı gümüş medallardan əlavə, 14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (52 kq) və Rəvan Bağırov (63 kq) təsəlliverici görüşlərdən medalsız ayrılıblar. Aşağı yaş qurupunda digər idmançımız Namiq Quliyev (70 kq) isə bürünc medal uğrunda həlledici görüşdə qələbəni əldən verib.