Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Fərid Qayıbov federasiya nümayəndələri ilə növbəti görüş keçirdi -
Fərid Qayıbov federasiya nümayəndələri ilə növbəti görüş keçirdi

Martın 16-da gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 25-ci görüşünü keçirib. Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə nazir Fərid Qayıbov görüş iştirakçılarını salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Görüşün gündəliyinə uyğun olaraq, əvvəlcə 2-8 mart tarixlərində təşkil edilmiş “İdman həftəsi”nin hesabatı təqdim edilib, 2026-cı ildə “İdman Paytaxtı” Qazax şəhərində keçiriləcək yarışlar haqqında məlumat verilib. Həmçinin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müzakirə edilib. "İdmançılarda performansın artırılması və zədələrin qarşısının alınmasında biomexanik analizin rolu" və "İdmançıların təsnifatlaşdırılması" barədə təqdimatlar dinlənilib, eləcə də "2025-ci il ərzində regionlarda görülən işlərlə bağlı" hesabat təqdim edilib.

Tədbirdə texniki reqlament məsələləri, idmanda təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması (safeguarding), idman federasiyalarının rüblük hesabat qaydaları, Bakı-2026 - “Dünyanın İdman Paytaxtı”nın rəsmi saytının təqdimatı və federasiyaların sosial media hesabatları da müzakirə olunub. Digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV