Türingiya Kubokunda 16 yeniyetmə cüdoçumuz qüvvəsini sınayacaq

Martın 21-də Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku keçiriləcək.

32-ci dəfə baş tutacaq ənənəvi beynəlxalq yarışda 8 çəki dərəsində 16 yeniyetmə cüdoçumuz mübarizə aparacaq.

Turnirdə idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandamızın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Heyəti təqdim edirik:

Qızlar (U-18 yaş kateqoriyası)

-40 kq

Sunay Salamova

Zəhra Quliyeva

-44 kq

Nigar Heydərzadə

Pərvin Sevxanlı

Fatimə Abdullayeva

-48 kq

Könül Eyvazlı

-52 kq

Tövsiyyə Babayeva

-57 kq

Gülnaz Məmmədtağıyeva

Səma Vəlizadə

Yağmur Əhmədzadə

-63 kq

Nəzakət Vəliyeva

Türkan Məmmədli

Zilan Hüseynli

-70 kq

Rəna Əhmədova

Məsumə Məmmədli

+70 kq

Zemfira Əliyeva

Müəllif: Bəhruz MƏMMƏDOV