MİLLİMİZ ELİT RAUNDA VƏSİQƏ QAZANDI

ESTAFET/ 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində yığmamızın mübarizə apardığı IV qrupda bu gün son turun görüşləri keçirilib.

Albaniyada keçirilən mərhələnin son oyun günündə hər iki görüş eyni vaxtda başlayıb və yığmamız meydan sahibləri ilə görüşüb. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Xalını 4-ə çatdıran yığmamız qrup ikincisi kimi növbəti mərhələyə yüksəlib. 

Qrupumuzdakı digər qarşılaşmada ispanların ukraynalıları məğlub etməsi də millimizin qrup ikinciliyini təmin etməsində böyük rol oynayıb.  

Qeyd edək ki, elit-raund 2018-ci ilin yazında keçiriləcək.


19 yaşadək qızlar arasında Avropa çempionatı
Seçmə mərhələ, IV qrup, III tur


31 oktyabr 2017
Albaniya - Azərbaycan  0:0
Baş hakim: Tanya Raçiç (Bosniya və Herseqovina)
Durres. Niko Dovana stadionu


Ukrayna - İspaniya  0:4 

 

 №   Komanda  O   Q   B   M   T - F   X 
 1   İspaniya  3   3   0   0   18 - 0   9 
 2   Azərbaycan  3   1   1   1   2 - 6   4 
 3   Ukrayna  3   1   0   2   5 - 6   3 
 4   Albaniya  3   0   1   2   0 - 13   1