Soydaşımız Şimali Makedoniyada 1-ci yerin sahibi olub

Gürcüstanın Rustavi şəhərindən olan 17 yaşlı soydaşımız Əbülfəz Məmmədov Şimali Makedoniyada keçirilən “Skopje Open Raumus 2026” taekvando turnirində qızıl medal qazanıb.
48 kq çəki dərəcəsində yarışan idmançı yüksək pumse texnikası və akrobatik elementləri ilə rəqiblərini üstələyərək turnirin qalibi olub.

