VOLEYBOLÇULARIMIZIN SULTANLAR LİQASININ NÖVBƏTİ TURUNDAKI ÇIXIŞLARI

ESTAFET/ Qadınlar arasında voleybol üzrə Türkiyə Superliqasında növbəti turun oyunları keçirilib.


Azərbaycan millisinin hücumçusu Polina Rəhimova şərəfini qoruduğu "Fənərbaxa" "Qalatasaray"ı 3:1 hesabıyla məğlub edib. Rəhimova bu oyunda 10 xala imza atıb.


Yığmamızın kapitanı Odina Bayramova çıxış etdiyi "Seramiksan" səfər oyununda "Beşiktaş"a 0:3 hesabıyla məğlub olub. Bayramova komandasının aktivinə 8 xal yazdırıb.


Yana Kulanın üzvü olduğu "Beylikdüzü" komandası "Bursa BŞB"-ya 3:2 hesabıyla qalib gəlib, hücumçumuz isə 15 xal toplamağı bacarıb.


5 turdan sonra "Fənərbaxça" 1-ci, "Seramiksan" 9-cu, "Beylikdüzü" 10-cu yerdədir.