TAEKVONDOÇULAR BU GÜN 1 BÜRÜNCLƏ KİFAYƏTLƏNİBLƏR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Larnakada (Kipr) taekvondo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
 
Bu gün çempionatda ikinci döyüş günü idi. İlk gün olduğu kimi, bu gün də dayanq üzərinə 4 gənc taekvondoçumuz çıxıb. Diana Hacıəliyeva (55 kq), Xanoğlan Kərimov (48 kq) və Taleh Süleymanov (63 kq) ilk döyüşlərindən dayanqı başıaşağı tərk edərək mübarizəni dayandırıblar. 
 
63 kq çəki dərəcəsindəki digər təmsilçimiz Cavad Ağayev ardıcıl olaraq bolqar, ingilis və xorvat rəqiblərini məğlub edərək yarımfinala çıxıb. Burada rus taekvondoçuya məğlub olan Cavad qitə birinciliyini bürünc medalla başa vurub.
 
Xatırladaq ki, gənc taekvondoçumuz Bəhruz Quluzadə (45 kq) yarışların ilk günündə bütün rəqiblərini məğlub edərək yığmamıza qızıl medal qazandırmışdı.