RUSİYA VƏ FRANSA MƏĞLUB EDİLDİ: KAÇ-2017
ESTAFET/ Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə komandalararası Avropa Çempionatı başa çatmaq üzrədir. Belə ki, bu gün çempionatda sonuncudan əvvəlki - IX turun oyunları keçiriləcək.
Azərbaycanın kişilərdən ibarət yığma komandası bu tur çempionatın əsas favoriti olan Rusiya ilə qarşılaşır. Şahmatçılarımız qalib gələcəkləri təqdirdə, böyük ölçüdə sonuncu turun nəticəsindən asılı olmayaraq növbəti dəfə Avropa çempionatını mükafatçıları olacaqlar. Hazırda rusların 12, millimizin isə 11 xalı xar. Daha 3 komanda 10 xalla davam edir.
Qadın millimiz bu gün Fransa ilə qarşılaşacaq. Son turlardakı uğursuz çıxış nəticəsində qadın şahmatçılarımızın medal şansı qalmayıb.
KAÇ-2017: KİŞİLƏR, VIII TUR
Rusiya - Azərbaycan 1:3
Aleksandr Qrişuk (2785) - Şəhriyar Məmmədyarov (2791) 0:1
Yan Nepomnyaşıy (2733) - Teymur Rəcəbov (2741) 0:1
Maksim Matlakov (2730) - Arkadiy Naydiç (2702) 1:0
Daniil Dubov (2677) - Rauf Məmmədov (2678) 0:1
KAÇ-2017: QADINLAR, VIII TUR
Fransa - Azərbaycan 1:3
Mariya Sebaq (2495) - Günay Məmmədzadə (2393) 0,5:0,5
Almira Skripçenko (2399) - Zeynəb Məmmədyarova (2298) 0:1
Silvia Kollas (2288) - Ülviyyə Fətəliyeva (2348) 0:1
Paulin Qişard (2285) - Gülnar Məmmədova (2385) 0,5:0,5