ŞEYDAYEV ZƏDƏLƏNDİ VƏ YIĞMADAN KƏNARDA QALDI
ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Belə ki, Ramil Şeydayev Almaniya ilə qarşılaşmada meydana çıxa bilməyəcək.
Buna səbəb Topaz Premyer Liqasının 11-ci turunda keçirilmiş "Kəpəz" - "Qarabağ" oyununda ağdamlıların milli futbolçusu Şeydayevin zədələnməsi olub.
Aparılmış MRT müayinəsindən sonra futbolçumuzun almanlarla oyunu buraxacağı müəyyənləşib. Onun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.