SAMBOÇULAR MUNDİALA YOLA DÜŞÜR

ESTAFET/ Noyabrın 9-13-də Soçidə sambo üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan Sambo Federasiyasından bildiriblər ki, mundialda ölkəmizi 9 idmançı təmsil edəcək.

 

Çempionatda Ağasif Səmədov (52 kq), Fuad Məmmədov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Samir Kərimov (74 kq), Ceyhun Hüseynov (82 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov (100 kq) mübarizə aparacaqlar.

 

Döyüş sambosu yarışlarında isə Məhəmməd Şahpələngli (68 kq) xalça üzərinə çıxacaq.

 

Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edəcək.

 

Millimiz Soçidə ASF-nin prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.