SURAXANIDA VELOYÜRÜŞ TƏŞKİL EDİLİB

ESTAFET/ Suraxanı rayonu Heydər Əliyev parkında yerləşən "Bayraq meydanı"nda Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirilib. 

Tədbir dövlət himninin oxunması ilə başlandı. Daha sonra çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və AzVİF-in baş katibi Fərhad Əliyev bildirdilər ki, bayraq qürur yerimiz, dövlət rəmzimiz və milli kimliyimizdir. Bu cür əlamətdar günlərdə belə tədbirlərin keçirilməsi də yüksək qiymətləndirdi.

Sonra Heydər Əliyev parkında yerləşən "Bayraq meydanı"ndan velosipedçilərin yürüşünə start verildi. 100-dən çox velosipedçi rayonun Balandin, Səttar Bəhlulzadə, Atamoğlan Rzayev küçələrindən keçərək "Atəşgah Məbədi" Tarix-Memarlıq Qoruğuna gəldilər. Oradan isə Atamoğlan Rzayev, Malik Mustafayev küçələrindən keçərək "Finiş" nöqtəsinə - Bayraq meydanına qayıtdılar.