Şahmat federasiyasına 1 milyon manat ayrıldı
ESTAFET/ Prezident İlham Əliyev Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandasının komandalararası Avropa çempionatında qalib olması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə Avropa komanda çempionatında ölkəni layiqincə təmsil edərək qələbə qazanmışdır. Komandamızın üçqat Avropa çempionu olmasını və Azərbaycan şahmatının inkişafındakı xidmətlərini nəzərə alaraq, Azərbaycan Şahmat Federasiyasına Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,0 (bir) milyon manat ayrılsın".