"QIZIL TOP" BU TARİXDƏ ÖZ SAHİBİNƏ TƏQDİM EDİLƏCƏK
ESTAFET/ "France Football" nəşrinin ənənəvi olaraq, hər il təqdim etdiyi "Qızıl top" mükafatının 2017-ci il üçün təqdimat vaxtı məyyənləşib. Təqdimetmə mərasimi dekabrın 7-də Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.
Mükafatına namizəd olan 30 futbolçu ilə tanış olun. Lionel Messi ("Barselona", Argentina), Neymar (PSJ, Braziliya), Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya), Eden Azar ("Çelsi", Belçika), Leonardo Bonuççi ("Milan", İtaliya), İsko ("Real Madrid", İspaniya), Kilian Mbappe (PSJ, Fransa), Pyer-Emerik Obameyanq ("Borussiya" Dortmund, Qabon), Edinson Kavani (PSJ, Fransa), Toni Kroos ("Real Madrid", Almaniya), Mats Hummels ("Bavariya", Almaniya), Kərim Benzema ("Real Madrid", Fransa), Antuan Qrizmann ("Atletiko", Fransa), Canluici Buffon ("Yuventus", İtaliya), Sadio Mane ("Liverpul", Seneqal), Radamel Falkao ("Monako", Kolumbiya), Kevin de Breyne ("Mançester Siti", Belçika), Robert Levandovski ("Bavariya", Polşa), David de Xea ("Mançester Yunayted", İspaniya), Harri Keyn ("Tottenhem", İngiltərə), Edin Ceko ("Roma", Bosniya və Herseqovina), Luis Suares ("Barselona", Uruqvay), Serxio Ramos ("Real Madrid", İspaniya), Yan Oblak ("Atletiko", Sloveniya), Filippe Koutinyo ("Liverpul", Braziliya), Dris Martens ("Napoli", Belçika), Luka Modriç ("Real Madrid", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real Madrid", Braziliya) və NQolo Kante ("Çelsi", Fransa).
Xatırladaq ki, mükafatın keçən ilki sahibi "Real Madrid"in futbolçusu Kriştianu Ronaldu olub. Portuqaliyalı hücumçu bu il artıq FIFA versiyasına əsasən ən yaxşı oyunçu mükafatını qazanıb.