LUNYOV YENİ REYTİNQDƏ 2 PİLLƏ İRƏLİLƏDİ

ESTAFET/ Beynəlxalq İdman Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Yeni reytinq siyahısında təmsilçimiz Ruslan Lunyov da yer alıb.

 

Güllə atıcımız ötən ayla müqayisədə mövqeyini bir qədər yaxşılaşdırıb. Belə ki, atıcımız 842 xalla 25 metr məsafəyə atəşaçmada iki rəqibini qabaqlayaraq səkkizinci pilləyə yüksəlib. 

 

10 metr məsafəyə atəşaçmada Ruslanın mövqeyi dəyişməyib - 93 xal və 29-cu sıra.