"KƏPƏZ"İN ZƏDƏLİLƏRİNDƏN XOŞ XƏBƏR
ESTAFET/ "Kəpəz"in zədəli futbolçularından Samba Diallonun vəziyyəti normaldır. Zədəsinə görə 3 çempionat oyununda Gəncə klubuna kömək edə bilməyən futbolçunun hazırlığı qaydasına düşüb. Müalicə prosesi ilə paralel olaraq məşqlərdə də iştirak edən Sambanın qarşıdakı turda meydana çıxması məşqçilər korpusunun qərarından asılı olacaq.
"Sarı-göylər"in daha bir üzvü Kərim Diniyevin də durumunda ciddi irəliləyişlər var. Klubun tibbi personalından verilən məlumata görə, yarımmüdafiəçinin zədəsi sağalmaq üzrədir. "Keşlə" ilə matçda ağır xəsarət alan Diniyevin uzun müddətə sıradan çıxdığı güman olunsa da, müalicəsi uğurla aparıldığından futbolçu tez bərpa olunub. İntensiv müayinə və müalicələrdən sonra Kərim fitnes və fərdi proqram üzrə məşq edib. Bu gündən isə oyunçu komandaya qoşulub.