GƏNCƏLİLƏRİN İSTİRAHƏTİ BAŞA ÇATDI

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında yaranan fasilə ilə əlaqədar "Kəpəz"in əsas komandasının üzvlərinə verilən 4 günlük istirahət müddəti başa çatıb. Gəncə klubu bu gündən hazırlığa start verib. "Sarı-göylər" Bakıda məşqlərə başlayıb. Komandanın ilk hazırlıq prosesi Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.