AVROPA MİLLƏTLƏR KUBOKUNDA İLK GÜN - QADIN GÜLƏŞİ

ESTAFET/ Bugündən etibarən  Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turnirinə start verilib. Sayca 7-ci olan nüfuzlu turnirdə Azərbaycan sərbəst güləşdə (həm kişilər, həm qadınlar) təmsil olunur. 

 

Yarışın ilk günündə döşək üzərinə çıxan qadın güləşçilərimiz ilk qarşılaşmasında Rumıniya ilə 4:4 bərabərə qalsada əlavə xallara görə məğlub olub. İkinci qarşılaşmada isə güclü Ukrayna yığmasını məğlub etməyi bacarıb. Xüsusi vurğulayaq ki, komandamız 75 kq çəki dərəcəsində güləşçi ilə təmsil olunmur və bu üzdən yiğmamız hər qarşılaşmaya 0:1 hesablı geriliklə başlayır. Komandanın nəticələri ilə tanış olun. 

 

Azərbaycan - Rumıniya  4:4

48 kq: T.Nəsirova - A.Vuk  0:11

53 kq: S.Həmzəlzadə - E.Dobre  5:14 tuşe

55 kq: S.Həşimzadə - S.Prikob  0:12

58 kq: A.Kolesnik - M.Kaya  13:2

60 kq: T.Omolçenko - Q.Filip  8:2

63 kq: E.Qəmbərova - K.İnkze  5:3

69 kq: E.Manolova - A.Angel  5:4 tuşe

75 kq: yoxdur

 

Azərbaycan - Ukrayna  5:3

48 kq: T.Nəsirova - İ.Semkiv  0:10

53 kq: S.Həmzəlzadə - B.Yaşçuk  0:11  tuşe

55 kq: S.Həşimzadə - O.Zanayska  10:6

58 kq: A.Kolesnik - T.Rizko  3:0 tuşe

60 kq: T.Omolçenko - A.Lisak  7:0

63 kq: E.Qəmbərova - Y.Lisovska  1*:1

69 kq: E.Manolova - E.Saydakova  4:0

75 kq: yoxdur

 

Sabah güləşçilərimiz əsas qarşılaşmaya çıxacaqlar. Belə ki, komandamız bizim kimi hər iki görüşü qələbə ilə başa vuran meydan sahibləri ilə final qarşılaşmasına çıxacaqlar.