AVROPA MİLLƏTLƏR KUBOKUNDA İLK GÜN - QADIN GÜLƏŞİ
ESTAFET/ Bugündən etibarən Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turnirinə start verilib. Sayca 7-ci olan nüfuzlu turnirdə Azərbaycan sərbəst güləşdə (həm kişilər, həm qadınlar) təmsil olunur.
Yarışın ilk günündə döşək üzərinə çıxan qadın güləşçilərimiz ilk qarşılaşmasında Rumıniya ilə 4:4 bərabərə qalsada əlavə xallara görə məğlub olub. İkinci qarşılaşmada isə güclü Ukrayna yığmasını məğlub etməyi bacarıb. Xüsusi vurğulayaq ki, komandamız 75 kq çəki dərəcəsində güləşçi ilə təmsil olunmur və bu üzdən yiğmamız hər qarşılaşmaya 0:1 hesablı geriliklə başlayır. Komandanın nəticələri ilə tanış olun.
Azərbaycan - Rumıniya 4:4
48 kq: T.Nəsirova - A.Vuk 0:11
53 kq: S.Həmzəlzadə - E.Dobre 5:14 tuşe
55 kq: S.Həşimzadə - S.Prikob 0:12
58 kq: A.Kolesnik - M.Kaya 13:2
60 kq: T.Omolçenko - Q.Filip 8:2
63 kq: E.Qəmbərova - K.İnkze 5:3
69 kq: E.Manolova - A.Angel 5:4 tuşe
75 kq: yoxdur
Azərbaycan - Ukrayna 5:3
48 kq: T.Nəsirova - İ.Semkiv 0:10
53 kq: S.Həmzəlzadə - B.Yaşçuk 0:11 tuşe
55 kq: S.Həşimzadə - O.Zanayska 10:6
58 kq: A.Kolesnik - T.Rizko 3:0 tuşe
60 kq: T.Omolçenko - A.Lisak 7:0
63 kq: E.Qəmbərova - Y.Lisovska 1*:1
69 kq: E.Manolova - E.Saydakova 4:0
75 kq: yoxdur
Sabah güləşçilərimiz əsas qarşılaşmaya çıxacaqlar. Belə ki, komandamız bizim kimi hər iki görüşü qələbə ilə başa vuran meydan sahibləri ilə final qarşılaşmasına çıxacaqlar.