YANA - 26, ODİNA - 19, POLİNA - 12
ESTAFET/ Qadınlar arasında voleybol üzrə Türkiyə çempionatında 7-ci turun oyunları keçirilib. Azərbaycan yığma komandasının üzvləri də bu tur komandalarının heyətində olublar.
Millimizin hücumçusu Polina Rəhimovanın çıxış etdiyi "Fənərbaxça" komandası səfərdə "İlbank" üzərində qələbə qazanıb - 3:0. Rəhimova bu oyunda 12 xal yığıb.
Odina Bayramovanın şərəfini qoruduğu "Seramiksan" da qələbə qazanıb. Mustafa Dogancının yetirmələri "Nilüfer Bələdiyyəsi"ni 3:2 hesabı ilə məğlub edib. Yığmamızın kapitanı 19 xal qazanıb və komandasının ən məhsuldar oyunçusu olub.
Yana Kulanın çıxış etdiyi "Beylikdüzü" "Çanakkale"yə 3:2 hesabı ilə məğlub olub. Kulan bu oyunda 26 xala imza atıb.
7 turdan sonra "Fenerbahçe" 1-ci, "Seramiksan" 9-cu, "Beyliksüzü" isə 12-ci yerdə məskunlaşıb.