FIDE QRAN PRİSİ, 4-CÜ MƏRHƏLƏ: I TUR

ESTAFET/ Xəbər verdiyimiz kimi bu gün İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının sonuncu - 4-cü mərhələsi start götürüb. Noyabrın 25-nədək davam edəcək turnirdə təmsilçimiz Teymur Rəcəbov da İddialılar turniri üçün mübarizə aparır. 


Bu gün turnirdə ilk turun oyunları keçirilib və aşağıdakı nəticələrlə yekunlaşıb. 

 

Rəcəbov - Ryazantsev (Rusiya) 0,5:0,5

Vaşyer-Laqrav (Fransa) - Qelfand (İsrail) 1:0

Elyanov (Ukrayna) - Nakamura (ABŞ) 0,5:0,5

Dinq Liren (Çin) - Valyexo (İspaniya) 0,5:0,5

Tomaşevski (Rusiya) - Svidler (Rusiya) 0,5:0,5

Qiri (Hollandiya) - Rapport (Macarıstan) 1:0

İnarkiyev (Rusiya) - Li Çao (Çin) 1:0

Hammer (Norveç) - Harikrişna (Hindistan) 0,5:0,5 

Yakovenko (Rusiya) - Aronyan (Ermənistan) 0,5:0,5   

 

Təmsilçimiz Teymur Rəcəbov ağ fiqurlarla rus Aleksandr Ryazantsevlə heç-heçə edib. Onun əsas rəqibi fransız Maksim Vaşyer-Laqrav isə turu qələbə ilə başa vurmağı bacarıb. Sabah Teymur qara fiqurlarla ispan Fransisko Valyexo ilə qarşılaşacaq.