PÜŞKATMA ÜÇÜN SƏBƏTLƏR BƏLLİ OLDU: DÇ-2018
ESTAFET/ 14 iyun - 15 iyul 2018-ci il tarixlərində Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatının bütün iştirakçıları bilinəndən sonra artıq komandaların püşkatmada hansı səbətdə yerləşəcəkləri də müəyyənləşib.
Dekabrın 1-də Moskva şəhərində keçiriləcək püşkatma üçün 32 komanda 4 səbətə bölünüb.
1-ci səbət: Argentina, Almaniya, Braziliya, Belçika, Portuqaliya, Polşa, Rusiya, Fransa
2-ci səbət: İngiltərə, İspaniya, İsveçrə, Xorvatiya, Kolumbiya, Meksika, Peru, Uruqvay
3-cü səbət: Danimarka, İslandiya, Misir, Tunis, Kosta-Rika, İsveç, Seneqal, İran
4-cü səbət: Mərakeş, Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı