ELXAN MƏMMƏDOV UEFA NÜMAYƏNDƏLƏRİNİ QƏBUL EDİB

ESTAFET/ 2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.


Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2020 Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Guillame Poysson və Fan Zonalar üzrə menecer Tomas Qlurla görüşüb. UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.


Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində Avro-2020 zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.


Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, 1 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.