Akrobatika və idman gimnastikası üzrə ölkə birinciliyi başlayır
ESTAFET/ Milli Gimnastika Arenasının köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə açıq Azərbaycan çempionatı və Bakı birinciliyi, eyni zamanda, akrobatika gimnastikası üzrə ölkə çempionatı başlayıb.
İki gün davam edəcək turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparır. İştirakçılar Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edirlər.
Turnirin birinci günündə 2004-cü il təvəllüdlü və daha böyük yaşlı akrobatlar qarışıq cütlüklər, kişi cütlüyü və qadın qrupu yarışlarında güclərini sınayacaqlar. Həmçinin kişi və qadın idman gimnastikası üzrə uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında yarışlar keçiriləcək.