FIDE QRAN PRİSİ, 4-CÜ MƏRHƏLƏ: III TUR

ESTAFET/ İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının sonuncu - 4-cü mərhələsi davam edir. Xəbər verdiyimiz kimi, noyabrın 25-nədək davam edəcək turnirdə təmsilçimiz Teymur Rəcəbov da İddialılar turniri üçün mübarizə aparır. 


Bu gün turnirdə 3-cü turun oyunları oynanılacaq. İlk iki turdan sonra Teymur 1,5 xalla 3 şahmatçı ilə birlikdə liderlər qrupundadı. 

 

3-cü turda keçirilən qarşılaşmalar:  

 

Rəcəbov - Qiri (Hollandiya) 0,5:0,5

Valyexo (İspaniya) - Qelfand (İsrail) 1:0

Tomaşevski (Rusiya) - Nakamura (ABŞ) 0,5:0,5

Dinq Liren (Çin) - Elyanov (Ukrayna) 0,5:0,5 

Hammer (Norveç) - Svidler (Rusiya)  0:1  

Rapport (Macarıstan) - Li Çao (Çin) 0,5:0,5

İnarkiyev (Rusiya) - Harikrişna (Hindistan) 0,5:0,5 

Yakovenko (Rusiya) - Ryazantsev (Rusiya) 0,5:0,5

Vaşyer-Laqrav (Fransa) - Aronyan (Ermənistan) 0,5:0,5