UEFA-DAN KLUBLARIMIZA YENİ MALİYYƏ YARDIMI

ESTAFET/ UEFA yenə bir neçə klubumuza malliyyə yardımı edib. Bu dəfə 6 - "Zirə", "Keşlə" (keçmiş "İnter"), "Sumqayıt", AZAL, "Neftçi" və "Kəpəz" klublarının hər birinə 71 min 53 avro pay düşüb.

 

2016/17-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. 

 

Qeyd: "Kəpəz" və "Keşlə" (keçmiş "İnter") klubları üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.