QIZLAR 2-Cİ OYUNDA QALİB GƏLDİLƏR
ESTAFET/ Tbilisi şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması gürcüstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirib.
Oyun millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qolunu Umnisə Əliyeva vurub.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyun 2:2 hesabı ilə başa çatıb.