SAKİT QULİYEV BÜRÜNCLƏ KİFAYƏTLƏNDİ: U23 DÇ-2017
ESTAFET/ Xəbər verdiyimiz kimi, Polşanın Bıdqoş şəhərində güləş üzrə U-23 Dünya çempionatı davam edir.
Bu kateqoriyada ilk dəfə keçirilən çempionatın ikinci günündə yunan-Roma üslubunda güləşənlərin mübarizəsinə yekub vurulub. Yarışların ikinci günü mübarizəyə qoşulan 3 güləşçimizdən yalnız biri - 59 kq-da Sakit Quliyev Dünya çempionatının bürünc medalını qazana bilib.
Güləşçilərimizin görüşləri aşağıdakı nəticələrlə yekunlaşıb.
59 kq: Sakit Quliyev - Bürünc medal
1/8 final: Sakit Quliyev - Lauri Mehoenen (FIN) 5:0
1/4 final: Sakit Quliyev - Jora Abovyan (UKR) 4:1
Yarımfinal: Sakit Quliyev - Sergey Emelin (RUS) 0:8
Bürünc medal üçün: Sakit Quliyev - Prjemislav Pyatek (POL) 8:0
66 kq: Elman Muxtarov
1/8 final: Elman Muxtarov - Roman Paçurkovski (POL) 1:7
130 kq: Oyan Nazariani
1/8 final: Oyan Nazariani - Rafal Plovik (POL) 2*:2
1/4 final: Oyan Nazariani - Sergey Semyonov (RUS) 0:9
Təsəlliverici: Orxan Nuriyev - Arata Sonoda (JPN) 3:4
Xatırladaq ki, yarışların ilk günündə "klassiklər"dən İslam Abbasov (85 kq) çempionatın bürünc medalını qazanmışdı.