FIDE QRAN PRİSİ, 4-CÜ MƏRHƏLƏ: VII TUR
ESTAFET/ İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının sonuncu - 4-cü mərhələsi sona yaxınlaşır. Xəbər verdiyimiz kimi, noyabrın 25-nədək davam edəcək turnirdə təmsilçimiz Teymur Rəcəbov da İddialılar turniri üçün mübarizə aparır. 

Bu gün turnirdə 7-ci turun oyunları oynanılıb. 
 
7-ci turda keçirilən qarşılaşmalar:  
 
Rəcəbov - Li Çao (Çin) 1:0
Vaşyer-Laqrav (Fransa) - Tomaşevski (Rusiya)  0,5:0,5
Ryazantsev (Rusiya) - Qelfand (İsrail) 0:1
Svidler (Rusiya) - Nakamura (ABŞ) 0,5:0,5 
Dinq Liren (Çin) - Qiri (Hollandiya) 0,5:0,5  
Elyanov (Ukrayna) - Hammer (Norveç) 1:0    
İnarkiyev (Rusiya) - Valyexo (İspaniya) 0,5:0,5 
Yakovenko (Rusiya) - Harikrişna (Hindistan) 0,5:0,5 

Rapport (Macarıstan) Aronyan (Ermənistan) 0,5:0,5