RƏCƏBOVDAN VACİB QƏLƏBƏ: VIII TUR - YENİLƏNİR
ESTAFET/ Xəbər verdiyimiz kimi, İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının sonuncu - 4-cü mərhələsi keçirilir. Noyabrın 25-nədək davam edəcək turnirdə təmsilçimiz Teymur Rəcəbov da İddialılar turnirinə qatılmaq üçün mübarizə aparır.
Bu gün turnirdə 8-ci turun oyunları keçirilir. Yarışa uğurlu start verən Teymur sonradan zəif təsir bağılayaraq, əsas hədəfdən - İddialıların turnirinə qatılmaqdan demək olar ki, aralı düşüb. Əgər şahmatçımız son iki turu qələbə ilə başa vura bilsə və əsas rəqib fransız Vaşyer-Laqrav xal itirsə şansı yarana bilər. Ancaq bu çox az ehtimal olunur.
Qelfand (İsrail) - Rəcəbov 0:1
Nakamura (ABŞ) - Harikrişna (Hindistan) 0,5:0,5
Rapport (Macarıstan) - Yakovenko (Rusiya) 0,5:0,5
Hammer (Norveç) - Ryazantsev (Rusiya)
İnarkiyev (Rusiya) - Vaşyer-Laqrav (Fransa) 0,5:0,5
Valyexo (İspaniya) - Elyanov (Ukrayna)
Svidler (Rusiya) - Dinq Liren (Çin) 0,5:0,5
Li Çao (Çin) - Qiri (Hollandiya) 0,5:0,5
Aronyan (Ermənistan) - Tomaşevski (Rusiya) 0,5:0,5