RİO-2016: RÜSTƏM ORUCOV İLK MEDALIMIZI QAZANDI - YENİLƏNİR

ESTAFET/ Cüdo yığmamızın lideri, ən böyük medal ümidlərimizdən olan Rüstəm Orucov bu gün 1/16 final mərhələsindən Olimpiya medalı üçün mübarizəyə qoşulub. Xatırladaq ki, 73 kq çəki dərəcəsində güləşən Rüstəm son Avropa çempionudu.
1/16 mərhələsində Rüstəm qazax Didar Həmzəni şido xəbərdarlığı nəticəsində məğlub edib.
1/8 finalda avstraliyalı Ceyk Bensted ipona düşməkdən qaça bilməyib.
1/4 final görüşündə təcrübəli cüdoçu macar Mikloş Unqvari də Rüstəmin qarşısında duruş gətirə bilməyib və cüdoçumuz waza-ari fəndi ilə adını yarımfinala yazdırmağı bacarıb.
Yarımfinalda Rüstəmin rəqibi israilli Saqi Muki olub. Görüşu 1 Yuko fəndi ilə bitirən Rüstəm finala çıxıb və özü üçün Olimpiya medalını təmin edib.
Finalda yapon Shohei Ono ilə görüşdə Rüstəm məğlubiyyətdən qaça bilməyib və Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Bu Azərbaycan Olimpiya yığmasının Rioda qazandığı ilk medaldı.
