Rəcəbov vəsiqənin bir addımlığında qaldı!
ESTAFET/ İspaniyanın Palma-de-Mayorka şəhərində FIDE Qran Pri seriyasının sonuncu - 4-cü mərhələsi başa çatıb. Xəbər verdiyimiz kimi, noyabrın 25-nədək davam edəcək turnirdə təmsilçimiz Teymur Rəcəbov da İddialılar turniri üçün mübarizə aparırdı.
 
Sonuncu olan 9-cu turda Teymurun İddialıların turnirinə qatılmaq üçün vəsiqə qazanmaq şansı öz əlində idi. Belə ki, əgər Teymur macar Rixard Rapport üzərində qələbə qazansaydı Azərbaycan şahmat tarixində bir ilk yaşanacaqdı - ilk dəfə Azərbaycan İddialıların turnirində 2 şahmatçı ilə təmsil olunacaqdı. Lakin Teymur ağ fiqurlarla oynamasına baxmayaraq, bu üstünlükdən yararlana bilməyib.   
 
Son turda keçirilən qarşılaşmalar:  
 
Rəcəbov - Rapport (Macarıstan) 0,5:0,5
Tomaşevski (Rusiya) - Dinq Liren (Çin) 0,5:0,5  
Ryazantsev (Rusiya) - Li Çao (Çin) 0,5:0,5 
Harikrişna (Hindistan) - Svidler (Rusiya) 0,5:0,5 
Qiri (Hollandiya) - Valyexo (İspaniya) 0,5:0,5  
Elyanov (Ukrayna) - Qelfand (İsrail) 0,5:0,5    
Hammer (Norveç) - İnarkiyev (Rusiya) 0,5:0,5 
Vaşyer-Laqrav (Fransa) - Yakovenko (Rusiya) 0:1  

Nakamura (ABŞ) - Aronyan (Ermənistan) 0,5:0,5