SƏMƏDOVA İTALİYADA AZARKEŞLİK EDİR

ESTAFET/ Qadın voleybolçular arasında İtaliya A seriyasında artıq VIII turun oyunları arxada qalıb.

 

Azərbaycan yığma komandasının voleybolçusu Yelizaveta Səmədovanın mövsümün əvvəlində Avropanın güclü çempionatlarından biri olan A seriyasında mübarizə aparan "Skandiççi" komandasına keçidi təbii ki, Azərbaycanda voleybol həvəskarlarını sevindirmişdi. Lakin geridə qalan 8 turdan sonra, yəqin ki millimizin üzvü özü bu keçidə görə tam sevinə bilmir. Belə ki, 8 tur ərzində Səmədova çempionata ancaq azarkeş kimi baxa bilib. Bu müddət ərzində o komandasının heç bir oyununda forma geyinmək şansı qazanmayıb. 

 

Sonuncu turda voleybolçumuzun komandası "Lenyano"nun qonağı olub və asan qələbə qazanıb. Hazırda "Skandiççi" 20 xalla turnbir cədvəlində 3-cü pillədə qərarlaşıb.